Total Pageviews

Friday, May 17, 2013

Azərbaycan hakimiyyəti sosial şəbəkələrə qarşı: Hansı tədbirlər görülə bilər?

http://www.youtube.com/watch?v=UWns6yzI8zk&feature=endscreen&NR=1

Wednesday, August 8, 2012


Əsgərin beyni və orqanları niyə çıxarılıb? Valideynləri əsgərin döyülərək öldürüldüyünü iddia edir.– ÖZƏL
16:47 07-08-2012
Bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin təsdiqlədiyi məlumata görə, Naxçıvanda yerləşən “N“ saylı hərbi hissəsində 1994-cü il təvəllüdlü Bəyov Tayfur Hacıkərim oğlu hemoqradik vaskulit xəstəliyindən hospitalda dünyasını dəyişib.
T. Bəyovun bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırıldığı bildirilir.

Amma ailəsi övladlarının cəsədi üzərində işgəncə izləri olduğu üçün döyülərək öldürüldüyünü iddia edirlər. Mərhum əsgərin əmisi oğlu Rövşən Bəyov milaz.info portalına açıqlama verib. Onun sözlərinə görə, əsgərin döyülərək öldürülüb və hər hansı xəstəlikdən söhbət gedə bilməz.

R.Bəyov bildirdi ki, avqustun 4-də Tayfur Bəyov atasına zəng edərək 15 manat göndərməsini istəyib. Atası bu pulu dünən övladına göndərib. “Dünən axşam saat 11-də hərbi hissədən atasına zəng edib bildirdilər ki, oğlunuzun vəziyyəti pisdir və bu səbəbdən onu Bakıdakı hərbi hospitala gətirirlər. Daha sonra gecə saat 4-də bildirdilər ki, əsgər dünyasını dəyişib”, - deyən R.Bəyov bildirib ki, bu gün gündüz saat 12-dək əsgərin nədən dünyasını dəyişməsinin səbəbləri valideynlərinə açıqlanmayıb.

“Saat 12-də zəng edib dedilər ki, böyrək çatışmazlığından vəfat edib. Bundan sonra əsgərin meyidini evlərinə gətiriblər. Bu zaman onun beyni və daxili orqanları çıxarılmışdı. Valideynlərinin razılığı olmadan onun daxili orqanlarını çıxardıblar”, - deyə R.Bəyov bildirdi.

Onun sözlərinə görə, əsgərin meyitinin üzərində olan çoxsaylı ləkələr onun döyülərək öldürülməsindən xəbər verir. “Biz sona qədər mübarizə aparacağıq ki, əsgəri öldürən cinayətkarlar cəzalarını alsınlar”, - deyə o bildirdi.

Milaz.info

Monday, July 9, 2012

Təhlükəsizlik və Müdafiə sektorunun ümumi itkiləri (9 iyuladək) - STATİSTİKA
14:18 09-07-2012
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2012-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 47 nəfər təşkil edib. Ötən müddətdə 56 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-u döyüş (10 nəfər erməni gülləsi), 2-si mina, 1-i əməliyyat, 34-ü isə qeyri-döyüş itkiləridir.
5 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma), 4 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 8 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 8 nəfər intihar edib (güllələnmə). Dünyasını dəyişənlərin 41-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

Yaralıların və xəsarət alanların sayı 56 nəfər təşkil edib. Onların 10-u qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 10-u erməni gülləsindən, 6 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 6-ı bətbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə), 3-ü əməliyyat tədbirlərindən, 20-si isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 51 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 1 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.

 Əsgərimizin taleyi bu qədərmi ucuzdur onlar üçün?

Eldar Sabiroğlunun rəhbər olduğu mətbuat xidmətindən bundan artığını gözləmək olmazdı...

Hebib Müntezirin mene ünvanladığı sualla bağlı başıma gör nə iş gəldi. Dəyərli insan məndən iyulun 5-də Füzuli istiqamətində Elmir Kərimov adlı əsgərimizin erməni snayperindən şəhid olması xəbərinin nə dərəcədə doğru olduğunu dəqiqləşdirməyimi istədi. 

Mən də bu məsələyə aydınlıq gətirmək üçün indilərdə Müdafiə Nazirliyinin aşağıdakı iki nömrəsinə: 510 59 02 və 538-92-71 -ə zəng etdim. İkincidə telefonun dəstəyini qaldıran şəxs özünü təqdim eləmədi və sualımı dinlədikdən sonra telefonun dəstəyini yerə atdı. Bundan sonra nömrələrin hər ikisinə zəng etdim, "alo" sözümü eshidib telefonun dəstəyini yerə atırlar. Məcbur olub nazirliyin e-mailine ve resmi muracietler bölümünə sorğu göndərdim. Görək nə cavab verəcəklər....

Eldar Sabiroğlunun rəhbər olduğu mətbuat xidmətindən bundan artığını gözləmək olmazdı... Əsgərimizin şəhid olub-olmaması dair suala "bəli" və ya "xeyr" cavab verilməsi bu qədər çətindirmi? Əsgərimizin taleyi bu qədərmi ucuzdur onlar üçün?


Saat 13.45. Elə indicə telefonun dəstəyini Eldar Sabiroğlu qaldırdı. Sualı eşidən kimi dəstəyi yerə atdı... Bu dəfə MN-ə səsli mesaj da göndərdim....

Sunday, July 8, 2012

Müdafiə Nazirliyindəki Sovet kafalıları tarixin arxivinə göndərməyin vaxtı çatıb.....

Azərbaycanın son 15 il ərzində ordu quruculuğu üzrə itirdiyi fürsətləri, imkanları, vəsaitləri və resursların miqyasını təsəvvür eləmək belə heyrətləndiricidir

1995-ci ildə Səfər Əbiyevin müdafiə naziri vəzifəsinə təyin olunması Əliyevlər rejiminin çoxsaylı səhflərindən biridir. Bu, bəlkə də ən böyük səhfdir .... Bunun nəticəsində torpaqlarımızın uzunmüddətli işğalda qalması rəsmiləşdi, orduda korrupsiya və rüşvətxorluq tüğyan etməyə başladı, hərbi kadrların başına min oyun gətirildi, orduda sağlam münasibətlərin formalaşması əvəzinə nizam-intizam qaydalarının kobud şəkildə pozulması, ordunun cəmiyyətdə nüfuzunun olmaması az qala ənənə halına düşdü. Təsəvvür edin ki, Əbiyevin özü və onun rəhbərlik etdiyi generalların hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində zabitlərimiz təməl təminatlar - qida və mənzil dərdi ilə üzbəüz qalıb.

Azərbaycanın son 15 il ərzində ordu quruculuğu üzrə itirdiyi fürsətləri, imkanları, vəsaitləri və resursların miqyasını təsəvvür eləmək belə heyrətləndiricidir. Bu itkilərdə ölkəni idarə edən hərbi-siyasi rəhbərliyin birbaşa günahı var. Müdafiə nazirinin bu prosesdə məsuliyyəti ölçüyəgəlməzdir.

Başa düşürəm bu bir sistem xəstəliyididir. Amma əminəm ki, Azərbaycanın REAL demokratik hakimiyyəti Əbiyev kimi generalları heç bir vəchlə vəzifəyə təyin etməyəcək. Müdafiə naziri və onun müavinləri vəzifəsinə ölkənin demokratik inkişafına töhfə verəcək, korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparacaq, orduda insan haqlarının qorunmasına çalışacaq, zabitlərin maddi durumunun yüksəldilməsi istiqamətində konkret addımlar atacaq, ən əsası şəxsi intriqalarla deyil, ordunun döyüş hazırlığının qaldırılması ilə məşğul olacaq, NATO standartları üzrə təhsili almış generallar, zabitlər, vətəndaşlar təyin olunacaq...

Belə olacağı təqdirdə Azərbaycanı qoruya biləcək, torpaqlarımızı işğaldan azad edə biləcək bir ordumuzun olacağına arxalana biləcəyik. Sovet kafalıları tarixin arxivinə göndərməyin vaxtı çatıb.....
Cəsur Sümərinli

"The civil society support for Azerbaijan's struggle against terrorism" 

Bu layihə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi tərəfindən 2012-ci ilin aprel-avqust aylarında keçirilir. Dəstəkləyən qurum: QHT-lərə Dövlət Dəstəyi Şurası

 http://www.youtube.com/watch?v=B6_MTyQjfsE&feature=channel&list=UL

 

Friday, July 6, 2012

Tokio konfransı ərəfəsi: Azərbaycan Əfqanıstan milli ordusunun quruculuğuna daha 1 milyon avro ayıra bilər

Gələn həftə NATO-nun Tokioda keçiriləcək toplantısı öz miqyasına və qəbul ediləcək qərarlara görə çox mühümdür. Bu toplantıda Əfqanıstanda sabitləşdirmə əməliyyatları müzakirə mövzusu olacaq. Diqqət xüsusilə də 2014-cü ildən sonraya - İSAF qoşunlarının çıxmasından sonrakı vəziyyətə yönələcək.

NATO Əfqan milli ordusu quruculuğu üçün ümumilikdə 4 milyard avro vəsaitə ehtiyac duyur. Bu günlərdə Qərb mənbələrindən əldə etdiyim məlumata görə, Azərbaycan Tokio konfransı ərəfəsində Əfqanıstanın milli ordu quruculuğuna daha 1 milyon avro ayıracağını bəyan edəcək. Tokioda 70 ölkədən nümayəndənin iştirakı gözlənilir. Onlar arasında Azərbaycan xarici siyasət idarəsinin təmsilçilərinin olacağı istisna deyil.

Həmçinin nəzərə alınmalıdır ki, bu günlərdə Pakistan öz ərazisini NATO-nun Əfqanıstan daşımalarına açıq elan edib. Bu əslində Azərbaycan - NATO əməkdaşlığına təsir edən məsələdir. Pakistan 7-8 ay müddətində öz ərazisini bağlamaqla Rusiyanın, Orta Asiyanın və Qafqazın (o cümlədən Azərbaycanın) tranzit dəyərini artırmışdı. İndi isə Pakistanın bu qərarı qəbul etməsi bir sıra ölkələrlə yanaşı Azərbaycanın da maraqlarına təsirini göstərir.... Bu barədə yaxın vaxtlarda....

Cəsur Sümərinli