Total Pageviews

Sunday, July 8, 2012

Müdafiə Nazirliyindəki Sovet kafalıları tarixin arxivinə göndərməyin vaxtı çatıb.....

Azərbaycanın son 15 il ərzində ordu quruculuğu üzrə itirdiyi fürsətləri, imkanları, vəsaitləri və resursların miqyasını təsəvvür eləmək belə heyrətləndiricidir

1995-ci ildə Səfər Əbiyevin müdafiə naziri vəzifəsinə təyin olunması Əliyevlər rejiminin çoxsaylı səhflərindən biridir. Bu, bəlkə də ən böyük səhfdir .... Bunun nəticəsində torpaqlarımızın uzunmüddətli işğalda qalması rəsmiləşdi, orduda korrupsiya və rüşvətxorluq tüğyan etməyə başladı, hərbi kadrların başına min oyun gətirildi, orduda sağlam münasibətlərin formalaşması əvəzinə nizam-intizam qaydalarının kobud şəkildə pozulması, ordunun cəmiyyətdə nüfuzunun olmaması az qala ənənə halına düşdü. Təsəvvür edin ki, Əbiyevin özü və onun rəhbərlik etdiyi generalların hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində zabitlərimiz təməl təminatlar - qida və mənzil dərdi ilə üzbəüz qalıb.

Azərbaycanın son 15 il ərzində ordu quruculuğu üzrə itirdiyi fürsətləri, imkanları, vəsaitləri və resursların miqyasını təsəvvür eləmək belə heyrətləndiricidir. Bu itkilərdə ölkəni idarə edən hərbi-siyasi rəhbərliyin birbaşa günahı var. Müdafiə nazirinin bu prosesdə məsuliyyəti ölçüyəgəlməzdir.

Başa düşürəm bu bir sistem xəstəliyididir. Amma əminəm ki, Azərbaycanın REAL demokratik hakimiyyəti Əbiyev kimi generalları heç bir vəchlə vəzifəyə təyin etməyəcək. Müdafiə naziri və onun müavinləri vəzifəsinə ölkənin demokratik inkişafına töhfə verəcək, korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparacaq, orduda insan haqlarının qorunmasına çalışacaq, zabitlərin maddi durumunun yüksəldilməsi istiqamətində konkret addımlar atacaq, ən əsası şəxsi intriqalarla deyil, ordunun döyüş hazırlığının qaldırılması ilə məşğul olacaq, NATO standartları üzrə təhsili almış generallar, zabitlər, vətəndaşlar təyin olunacaq...

Belə olacağı təqdirdə Azərbaycanı qoruya biləcək, torpaqlarımızı işğaldan azad edə biləcək bir ordumuzun olacağına arxalana biləcəyik. Sovet kafalıları tarixin arxivinə göndərməyin vaxtı çatıb.....
Cəsur Sümərinli

No comments:

Post a Comment