Total Pageviews

Friday, July 6, 2012

Tokio konfransı ərəfəsi: Azərbaycan Əfqanıstan milli ordusunun quruculuğuna daha 1 milyon avro ayıra bilər

Gələn həftə NATO-nun Tokioda keçiriləcək toplantısı öz miqyasına və qəbul ediləcək qərarlara görə çox mühümdür. Bu toplantıda Əfqanıstanda sabitləşdirmə əməliyyatları müzakirə mövzusu olacaq. Diqqət xüsusilə də 2014-cü ildən sonraya - İSAF qoşunlarının çıxmasından sonrakı vəziyyətə yönələcək.

NATO Əfqan milli ordusu quruculuğu üçün ümumilikdə 4 milyard avro vəsaitə ehtiyac duyur. Bu günlərdə Qərb mənbələrindən əldə etdiyim məlumata görə, Azərbaycan Tokio konfransı ərəfəsində Əfqanıstanın milli ordu quruculuğuna daha 1 milyon avro ayıracağını bəyan edəcək. Tokioda 70 ölkədən nümayəndənin iştirakı gözlənilir. Onlar arasında Azərbaycan xarici siyasət idarəsinin təmsilçilərinin olacağı istisna deyil.

Həmçinin nəzərə alınmalıdır ki, bu günlərdə Pakistan öz ərazisini NATO-nun Əfqanıstan daşımalarına açıq elan edib. Bu əslində Azərbaycan - NATO əməkdaşlığına təsir edən məsələdir. Pakistan 7-8 ay müddətində öz ərazisini bağlamaqla Rusiyanın, Orta Asiyanın və Qafqazın (o cümlədən Azərbaycanın) tranzit dəyərini artırmışdı. İndi isə Pakistanın bu qərarı qəbul etməsi bir sıra ölkələrlə yanaşı Azərbaycanın da maraqlarına təsirini göstərir.... Bu barədə yaxın vaxtlarda....

Cəsur Sümərinli

No comments:

Post a Comment