Total Pageviews

Wednesday, August 8, 2012


Əsgərin beyni və orqanları niyə çıxarılıb? Valideynləri əsgərin döyülərək öldürüldüyünü iddia edir.– ÖZƏL
16:47 07-08-2012
Bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin təsdiqlədiyi məlumata görə, Naxçıvanda yerləşən “N“ saylı hərbi hissəsində 1994-cü il təvəllüdlü Bəyov Tayfur Hacıkərim oğlu hemoqradik vaskulit xəstəliyindən hospitalda dünyasını dəyişib.
T. Bəyovun bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırıldığı bildirilir.

Amma ailəsi övladlarının cəsədi üzərində işgəncə izləri olduğu üçün döyülərək öldürüldüyünü iddia edirlər. Mərhum əsgərin əmisi oğlu Rövşən Bəyov milaz.info portalına açıqlama verib. Onun sözlərinə görə, əsgərin döyülərək öldürülüb və hər hansı xəstəlikdən söhbət gedə bilməz.

R.Bəyov bildirdi ki, avqustun 4-də Tayfur Bəyov atasına zəng edərək 15 manat göndərməsini istəyib. Atası bu pulu dünən övladına göndərib. “Dünən axşam saat 11-də hərbi hissədən atasına zəng edib bildirdilər ki, oğlunuzun vəziyyəti pisdir və bu səbəbdən onu Bakıdakı hərbi hospitala gətirirlər. Daha sonra gecə saat 4-də bildirdilər ki, əsgər dünyasını dəyişib”, - deyən R.Bəyov bildirib ki, bu gün gündüz saat 12-dək əsgərin nədən dünyasını dəyişməsinin səbəbləri valideynlərinə açıqlanmayıb.

“Saat 12-də zəng edib dedilər ki, böyrək çatışmazlığından vəfat edib. Bundan sonra əsgərin meyidini evlərinə gətiriblər. Bu zaman onun beyni və daxili orqanları çıxarılmışdı. Valideynlərinin razılığı olmadan onun daxili orqanlarını çıxardıblar”, - deyə R.Bəyov bildirdi.

Onun sözlərinə görə, əsgərin meyitinin üzərində olan çoxsaylı ləkələr onun döyülərək öldürülməsindən xəbər verir. “Biz sona qədər mübarizə aparacağıq ki, əsgəri öldürən cinayətkarlar cəzalarını alsınlar”, - deyə o bildirdi.

Milaz.info

No comments:

Post a Comment