Total Pageviews

Monday, September 26, 2011

Azərbaycan Respublikasının Təhlükəsizlik və Müdafiə sektorunun ümumi itkiləri

26 sentyabr 2011

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi

2011-ci il, yanvar – sentyabr (26 sentyabradək)

Cəsur Sümərinli, “Doktrina” JHAM rəhbəri

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ekspertlərinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən 2011-ci ildə ölkənin təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayında kəskin artım hiss olunur. Mətbuatda əksini tapan məlumatlara istinad edərək adlı siyahı üzrə 2011-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 72 nəfər təşkil edib. Ötən müddətdə 72 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə döyüş itkiləri 9 nəfər (8 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı), qeyri-döyüş itkiləri isə 63 nəfər təşkil edir. 8 nəfər naməlum səbəbdən, 10 nəfər bədbəxt hadisədən (qar uçqunu, dəm qazından boğulma, ildırım vurması, yıxılma, elektrik cərəyanı vurması və s.), 11 nəfər avtoqəzadan, 7 nəfər xəstəlikdən (və ya zəhərlənmə), 1 nəfər əməliyyat tədbirlərindən, 16 nəfərsə bir-birinə qarşı silah tətbiq etmək - qeyri-nizamnamə hadisələrindən dünyasını dəyişib. 10 nəfərsə intihar edib. Dünyasını dəyişənlərin 65-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1 nəfərsə Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin hərbi qulluqçusu olub.

Eyni zamanda müxtəlif informasiyalara uyğun olaraq ordudakı bir sıra əlavə itkilərin (sayı 10-dan artıq) baş veridiyi bildirilir. Hazırda “Doktrina” JHAM ekspertləri tərəfindən onların araşdırlması həyata keçirilir. Məlumatlar təsdiq olunacağı təqdirdə onlar ictimaiyyətə təqdim olunacaq.

Yaralılara gəldikdə isə 11 nəfər qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 4 nəfər intihara cəhddən, 29 nəfər avtomobil qəzalarından, 7 nəfər bədbəxt hadisələrdən, 1 nəfər xəstəlikdən, 18 nəfər erməni gülləsindən, 2 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb. Onların 10-u Dövlət Sərhəd Xidmətinin, 1-i Hərbi Prokurorluğun, 2-i Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin, 59-u isə Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.

2011-ci ildə (yanvar-26 sentyabr) Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda baş verən itkilərin göstəriciləri

Səbəblər
Say

Qeyri nizamnamə hadisələri
16

Intiharlar
10

Avtomobil qəzaları
11

Bədbəxt hadisələr
10

Erməni gülləsi
8

Mina və sürsat partlayışı
1

Xəstəliklər (zəhərlənmə)
7

Müəmmalı və ya naməlum ölümlər
8

əməliyyat tədbirləri zamanı
1

İtkilərin ümumi sayı
72

Yaralananlar(xəsarət alanlar)
72


2011-ci ildə (yanvar-26 sentyabr) Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda yaralıların (xəsarət alanların) göstəriciləri

Səbəblər
say
Qeyri nizamnamə hadisələri (o cümlədən ehtiyatsızlıq)
10
Intihar cəhdləri
4
Avtomobil qəzaları
29
Bədbəxt hadisələr (yanğın, yıxılma)
7
Erməni gülləsi
18
Mina partlayışı
2
Xəstəlik
1
Yaralananlar(xəsarət alanlar)
72



"Doktrina" JHAM- dan bildirildi ki, 2011-ci ilin sonunda 2003-2011-ci illərdə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda itkilərin və yaralıların ümumi sayına dair mətbuat konfransı keçiriləcək və onların adlı siyahısı ictimaiyyətə təqdim olunacaq. Burada söhbət min nəfərə yaxın hərbi qulluqçunun adının açıqlanmasından gedir. Hazırda tədbirlə bağlı Facebook sosial şəbəkəsində aksiya keçirilir. Bu illərdə orduda itkilərə və yaralılara dair mətbuatda dərc olunmamış informasiyaya malik olanlardan həmin məlumatı doktrina.jham@gmail.com ünvanına göndərmələri xahiş olunur.

No comments:

Post a Comment