Total Pageviews

Thursday, September 29, 2011

Təhlükəsizlik və Müdafiə sektorunun ümumi itkiləri: 2011-ci il, yanvar – sentyabr (29 sentyabradək)

"Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ekspertlərinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən 2011-ci ildə ölkənin təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayında kəskin artım hiss olunur. Mətbuatda əksini tapan məlumatlara istinad edərək adlı siyahı üzrə 2011-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 73 nəfər təşkil edib. Ötən müddətdə 72 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə döyüş itkiləri 9 nəfər (8 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı), qeyri-döyüş itkiləri isə 64 nəfər təşkil edir. 8 nəfər naməlum səbəbdən, 10 nəfər bədbəxt hadisədən (qar uçqunu, dəm qazından boğulma, ildırım vurması, yıxılma, elektrik cərəyanı vurması və s.), 11 nəfər avtoqəzadan, 8 nəfər xəstəlikdən (və ya zəhərlənmə), 1 nəfər əməliyyat tədbirlərindən, 16 nəfərsə bir-birinə qarşı silah tətbiq etmək - qeyri-nizamnamə hadisələrindən dünyasını dəyişib. 10 nəfərsə intihar edib. Dünyasını dəyişənlərin 66-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1 nəfərsə Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin hərbi qulluqçusu olub.
Eyni zamanda müxtəlif informasiyalara uyğun olaraq ordudakı bir sıra əlavə itkilərin (sayı 10-dan artıq) baş veridiyi bildirilir. Hazırda “Doktrina” JHAM ekspertləri tərəfindən onların araşdırlması həyata keçirilir. Məlumatlar təsdiq olunacağı təqdirdə onlar ictimaiyyətə təqdim olunacaq.

Yaralılara gəldikdə isə 11 nəfər qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 5 nəfər intihara cəhddən, 29 nəfər avtomobil qəzalarından, 7 nəfər bədbəxt hadisələrdən, 18 nəfər erməni gülləsindən, 2 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb. Onların 10-u Dövlət Sərhəd Xidmətinin, 1-i Hərbi Prokurorluğun, 2-i Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin, 59-u isə Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.

"Doktrina" JHAM- dan bildirildi ki, 2011-ci ilin sonunda 2003-2011-ci illərdə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda itkilərin və yaralıların ümumi sayına dair mətbuat konfransı keçiriləcək və onların adlı siyahısı ictimaiyyətə təqdim olunacaq. Burada söhbət min nəfərə yaxın hərbi qulluqçunun adının açıqlanmasından gedir. Hazırda tədbirlə bağlı Facebook sosial şəbəkəsində aksiya keçirilir. Bu illərdə orduda itkilərə və yaralılara dair mətbuatda dərc olunmamış informasiyaya malik olanlardan həmin məlumatı doktrina.jham@gmail.com ünvanına göndərmələri xahiş olunur.

"MilAz" İA

No comments:

Post a Comment