Total Pageviews

Tuesday, July 3, 2012

Təhlükəsizlik və Müdafiə sektorunun 6 ay ərzində itkiləri - STATİSTİKA
23:32 01-07-2012
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2012-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 47 nəfər təşkil edib.
Ötən müddətdə 52 nəfər yaralanıb (və ya xəsarət alıb).

Müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-u döyüş (10 nəfər erməni gülləsi), 2-si mina, 1-i əməliyyat, 34-ü isə qeyri-döyüş itkiləridir.

5 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma), 4 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 8 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 8 nəfər intihar edib (güllələnmə). Dünyasını dəyişənlərin 41-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

Yaralıların və xəsarət alanların sayı 52 nəfər təşkil edib. Onların 10-u qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 8-i erməni gülləsindən, 4 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 6-ı bətbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə), 3-ü əməliyyat tədbirlərindən, 20-si isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 47 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 1 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.

No comments:

Post a Comment